Azadlıq meydanındakı dayanacaqlarda terminal problemi

  • 16 İyl - 2019

Bakı Nəqiyyat Agentliyinin təhvil aldığı, Azadlıq meydanının altında yerləşən yeraltı dayanacaqda ödəniş terminallarının işləmədiyi iddia olunur.

Avropa.info xəbər verir ki, qafqazinfo-ya müraciət edən paytaxt sakini Anar Cəfərov bildirib ki, hər həftə maşını sözügedən ərazidə park edir: "Orada 5 ödəniş terminalı var, təxminən 6 aydır ki, onların 4-ü işləmir. Dayanacağın içərisində yazılıb ki, ödənişi çıxışda edin. Çıxışa da gəlirsən, deyirlər burdakı aparat işləmir, geri qayıt, içəridə filan küncdə ödə, sonra gəl. Buna görə də sürücülər vaxt itirir, sıxlıq yaranır. Nəzarətçilər də etik davranmırlar, kobud danışırlar. Srağagün mənim yanımda xaricdən gələn bir tanışım var idi. Onun yanında bu situasiyada lap utandım. Bakı Nəqliyyat Agentliyinin feysbuk səhifəsinə də bu barədə yazdım, nömrələrinə zəng etdim, heç birinə cavab vermədilər".

BNA-nın mətbuat katibi Mais Ağayev sözügedən sayta açıqlamasında bildirib ki, bu məsələ araşdırılacaq: "Hazırda Hökumət evinin qarşısındakı yeraltı avtomobil dayanacağında mövcud ödəmə terminallarının fəaliyyətində hər hansı bir ciddi narahatlıq yoxdur. Dayanacaqda hazırda 5 ödəmə terminalı sürücülərə xidmət göstərir. Bununla yanaşı dayanacaqda göstərilən xidmətin keyfiyyətinin artırılması istiqamətində iş aparılır".


Oxunma sayı: 540

Oxşar yazılar