Suriyada Ermənistanın dəstəyi ilə qurulan "Nubar Ozanyan" erməni terror qrupunun son görüntüləri : Terror qrupu Türkiyə və Azərbaycana qarşı (ÖZƏL, FOTOLAR)

  • 13:14 - 16 İyul

Suriyanın şimalında, Haseki bölgəsində qurulan ve Ermənistanın xüsusi dəstək verdiyi ‘’Nubar Ozanyan’’ adlı erməni terror qrupunun qərargahının yeni videokadırları ortaya çıxıb.

Avropa.info xəbər verir ki, bəzi məlumatlara görə əvvəlcə 90 nəfərdən ibarət olan silahlı qrupun üzvləri 500-ə çatıb. 

Ermənistanın birbaşa dəstək verdiyi silahlı terror qrupu Suriyanın şimal və Türkiyənin cənub sərhədlərində gün getdikcə böyüyür. İlk olaraq Hasekidə qurulan erməni qruplaşmasının Qamışlı, Haseke, Rasulayn, Amude, Tel Abyad, Aynularab ve Rasullayn bölgələrində yer alacağı bildirilir. Suriyada qurulan erməni birliyi özünü ASALA terror qruplaşmasının davamçısı olaraq təqdim edir. 

Suriyada çıxan vətəndaş müharibəsi sonrası ölkə ərazisində uzun illərdir məskunlaşmış ermənilərin bir qismi PKK-nın tərkibinə qatılmış, 13 mindən artıq Suriya ermənisi isə Azərbaycanın işğal olunmuş Qarabağ ərazisinə gətirilmişdir. PKK-nın tərkibində yaradılan erməni qrupuna Ermənistan tərəfindən bilavasitə döyüşçü qüvvələr cəlb edilmişdir. Ermənistanın Suriyada qurulan erməni qruplaşmasına qatılan muzdluları silah-sursatla təmin edilmədə köməklik etdiyi də bilinən bir gerçəkdir. Ermənistan ilk başda erməni döyüşçülərinin PKK nəznində iştirakını gizlədirdi. Bu gün isə açıq-aşkar fəaliyyəti gözlər önünə sərdiyi görülür.

Qurulmuş erməni qrupu Türkiyə ordusu ilə mübarizə aparacaqdır. Ermənistanın Suriyada erməni qrupu qurmaqda məqsədini aşağıdakı kimi dəyərləndirmək olar: Türkiyənin Silahlı Qüvvələri (SQ) son dövrlərdə “Fərat Qalxanı”, “ Zeytun Budağı” kimi genişmiqyaslı anti-terror əməliyyatları həyata keçirdi. Bu əməliyyatlarda türk ordusu yerli və milli pilotsuz uçan texnologiya və silahlardan istifadə etdi. Türk ordusunun özünə məxsus anti-terror hərbi strategiyası və mübarizə metodu vardır. Azərbaycan SQ-nin zabitləri və kursantları Türkiyə Hərb Məktəbindən bu günə qədər Türkiyə ordusunun əldə etdiyi hərbi bilikləri və təcrübələri öyrənir və ordunun güclənməsində istifadə edirlər. PKK-nın nəznində olan erməni qrupunun yaradılmasının birinci səbəbi Azərbaycan və Ermənistan arasında ola biləcək Qarabağ savaşında Azərbaycan SQ-nin necə hərbi əməliyyat aparacağını bilmək və qarşı həmlələr etməkdən ibarət ola bilər. Ermənistandan PKK nəznində yaradılan erməni qrupuna cəlb edilən terrorçular Türkiyə ordusu ilə savaş apararkən əldə etdikləri təcrübəni Ermənistan ordusu ilə paylaşa və onlara təlim verə bilərlər. Eyni zamanda Qarabağ müharibəsi başlayacağı təqdirdi həmin erməni terrorçu qrupunun Türkiyə daxilində və yaxud sərhəd bölgələrdə terror aktları törətmə ehtimalları da var.

Xüsusu olaraq Avropa.info üçün Ceyhun Aşirov 

Qeyd : Azərbaycanlı jurnalist Ceyhun Aşirov Türkiyədə Yaxın Şərq üzrə çaslışan jurnalistdir. Onun yazıları İngiltərənin "İndependet" qəzeti, Türkiyənin Anadolu Agentliyi və "Dirilişpostası" qəzetlərində yayınlanmaqdadır.


Oxunma sayı: 23486

Oxşar yazılar