Şəkidə xəsarət alanların vəziyyəti necədir? - Açıqlama

  • 13:08 - 16 İyul

Şəkidə baş verən hadisə zamanı xəsarət alanların son vəziyyəti barədə məlumat açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.

Rəsmi məlumata görə, Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədovun vəziyyəti orta ağırdır.

Qeyd edək ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb.

 Xəsarət alan Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq, iyulun 15-də  Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.


Oxunma sayı: 5006

Oxşar yazılar