"Günəşli" yatağında ölüm hadisəsi

  • 12:18 - 16 İyul

İyulun 15-də saat 18:50 radələrində “Günəşli” yatağındakı 14 saylı dərin dəniz özülündə Elmi təhqiqat işləri istehsalat sahəsinin operatoru, 1980-ci il təvəllüdlü Vəlixanov Seymur Əlihüseyn oğlu hamamda yıxıldığı vəziyyətdə aşkar edilmiş və vəfat etdiyi müəyyənləşdirilib.

Avropa.info-nun SOCAR-a istinadən verdiyi məlumata görə, ilkin rəyə əsasən, ölüm hadisəsinə baş nahiyəsinin xəsarəti və beyinə qan sızması səbəb olub. 

“Hadisənin baş vermə səbəbləri “Azneft” İstehsalat Birliyinin baş direktorunun əmri ilə yaradılmış müvafiq komissiya tərəfindən yerində araşdırılır. Hadisə ilə bağlı əlavə məlumat veriləcək”, - deyə SOCAR-ın məlumatında qeyd olunub.


Oxunma sayı: 4819

Oxşar yazılar