“Ərdoğan mənə NATO-dan çıxmağa hazır olduqlarını dedi” – Vladimir Jirinovski

  • 12:10 - 16 İyul

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Türkiyə prezidenti ilə keçirdikləri görüş zamanı Ərdoğanın NATO-dan çıxmağa hazır olduğunu deyib.

Avropa.info xəbər verir ki, o, bu barədə “Telegram” səhifəsində açıqlama verib:

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla iki dəfə görüşdüm. Mənə şəxsən Türkiyənin NATO-dan çıxmağa hazır olduğunu dedi. Aİ üzvü olmaq istəyirlər, ancaq qəbul olunmurlar. Tələbləri bir-birinin ardınca yerinə yetirirlər, lakin onları üzv etmirlər. NATO-ya isə ilk qəbul olunanlardan oldular, belə ki, yerləşdikləri region Rusiyaya qarşı fəaliyyət aparmaq üçün əlverişlidir”.

Jirinovski Rusiya ilə Türkiyə arasındakı münasibətləri gələcəkdə Belarus və Gürcüstanla olandan daha yaxşı hala gələ biləcəyini deyib.


Oxunma sayı: 11815

Oxşar yazılar