Polşa Milli Olimpiya Komitəsinin vitse-prezidentinin adı "qara siyahı"dan çıxarıldı

  • 12:08 - 16 İyul

Polşa vətəndaşı, hazırda həmin ölkənin Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Tomaş Paremba arzuolunmaz şəxslərin siyahısından çıxarılıb. 

Bun barədə Avropa.info-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, T.Paremba Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

MOK-un vitse-prezidenti məktubunda Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edib və işğal edilmiş ərazilərə sözügedən səfəri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadığını bildirib.

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.


Oxunma sayı: 5941

Oxşar yazılar