Aİ-nin Türkiyəyə qarşı sanksiyalarına Rusiya XİN-dən reaksiya

  • 16 İyl - 2019

Rusiya Aralıq dənizində vəziyyətin gərginləşməsi üzündən Avropa İttifaqının Türkiyəyə qarşı sanksiyalar tətbiq etmək qərarına mənfi yanaşır.

Avropa.info xəbər verir ki, bu sözləri “İsvestiya” qəzetinə müsahibəsində Rusiya XİN müavini Aleksandr Qruşko deyib. Qruşko belə addımların regionda uzun illərdir həll olunmayan münaqişəni yalnız gərginləşdirəcəyini deyib. Lakin bu Rusiyanın Türkiyənin fəaliyyətlərini tam dəstəkləyir anlamına da gəlmir.

Onun sözlərinə görə, birtərəfli sanksiyalar beynəlxalq hüquqa, həmçinin BMT TŞ-nın proseduralarına ziddir. 

Qeyd edək ki, 15 iyulda Avropa İttifaqının xarici işlər nazirləri səviyyəsində keçirilən şurası Türkiyənin Kiprinin iqtisadi zonasında fəaliyyətlərinə qarşı sanksiyalar tətbiq etmək qərarı verib. AI Türkiyəyə verilən maddi yardımı məhdudlaşdıracaq və hava daşınmaları ilə bağlı danışıqları dayandıracaq.


Oxunma sayı: 914

Oxşar yazılar