Saakaşvili "Keşikçidağ"dakı gərginliklə bağlı çağırış etdi

  • 11:32 - 16 İyul

"Mən Azərbaycan və gürcü xalqlarının müdrikliyinə inanıram. Biz yüzilliklərdir ki, xeyirxah dünyada yaşayırıq”.

Avropa.info xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bunu virtualaz.org-a Gürcüstan-Azərbaycan sərhədinin keçdiyi "Keşikçidağ" monastır kompleksi ətrafında baş verən hadisələrlə bağlı danışarkən deyib.

Gürcüstanın keçmiş prezidenti qeyd edib ki, daha əvvəl o, öz "feysbuk” səhifəsində bütün bu hadisələr haqda fikrini bildirib.

M.Saakaşvili vurğulayıb ki, ona yalnız bütün bu problemlərin həll olunmasını və Azərbaycanla Gürcüstanın yaxşı qonşuluq münasibətlərini saxlamalarını və inkişaf etdirmələrini arzulamaq qalır.


Oxunma sayı: 6282

Oxşar yazılar