Bakı Karate-do Akademiyası şəhərlərarası açıq çempionat keçirdi – Fotolar

  • 11:13 - 16 İyul

İyulun 13-14-də Bakı Karate-do Akademiyası (BKA) Qəbələ olimpiya idman kompleksində şəhərlərarası açıq çempionat keçirib.

Çempionatın təntənəli açılış mərasimində BKA -nın prezidenti, 3 qat dünya çempionu Vüsal Abdullazadə qonaqları, valideynləri və yarış iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Vüsal Abdullazadə ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan söz açıb.

Çempionatda 15 rayon və şəhərdən 250-dən çox idmançı öz qüvvəsini sınayıb.

Qaliblər diplom, medal, kubok, məşqçilər isə dəyərli hədiyyələr və fəxri fərmanlarla təltif ediliblər.

 

 


Oxunma sayı: 8218

Oxşar yazılar