Cinayət Məcəlləsinin 8 maddəsi ilə axtarışda olan şəxs Qazaxıstanda tutuldu – Azərbaycana gətirildi (Foto)

  • 10:08 - 16 İyul

Azərbaycanda axtarışda olan şəxs Qazaxıstanda saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Avropa.info-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində törətdiyi ağır cinayət hadisələrinə görə 2016-ci ildən Cinayət Məcəlləsinin səkkiz maddəsi ilə axtarışda olan rayon sakini, 31 yaşlı Sərxan Əkbərov Qazaxıstanın Nur-Sultan şəhərində tutularaq Quba RPŞ-nə gətirilib.

Sərxan Əkbərov bir qrup şəxslə birlikdə qabaqcadan əlbir olaraq, 2016-ci ildə rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evinə qanunsuz daxil olaraq, evlərdən pul, qızıl-zinət əşyaları və elektron avadanlıqlar oğurlamaqla zərərçəkmişlərə küllü miqdarda maddi ziyan vurublar. Bundan əlavə, törətdikləri sonuncu cinayət hadisəsi zamanı ev sahibəsinin evdə olduğunu görən dəstə üzvləri, qadının əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq, ona müxtəlif bədən xəsarətləri yetirməklə evdən küllü miqdarda pul və mobil telefonunu quldurluq yolu ilə ələ keçiriblər.

Qeyd edək ki, cinayətkar dəstənin 4 üzvü, Quba rayon sakinləri Raqib Kərimov, Faiq Xanməmmədov, Aftandil Əhmədov və Afina İxiilova cinayət hadisələrinin törədilməsindən bir müddət sonra tutularaq məsuliyyətə cəlb olunublar.

 

 


Oxunma sayı: 7052

Oxşar yazılar