Ukraynada 3 əsrlik türk məscidinin qalıqları aşkarlanıb - Foto

  • 00:20 - 16 İyul

Ukraynanın Çernovtsı vilayətinin Xotinsk qəsrində arxeoloqların ekspedisiyası zamanı XVIII əsrə aid türk məscidinin qalıqları aşkarlanıb.

“Ukrinform” xəbər verir ki, bu barədə ekspedisiyanın rəhbəri Nikolay İlkiv məlumat verib. Onun sözlərinə görə, 2014-cü ildən başlanan qazıntı işləri zamanı aparılan tədqiqatlar bu il də davam etdiriləcək.

N.İlkiv bildirib ki, qazma zamanı qədim türk məscidinin qalıqları ilə yanaşı, daha qədim dövrə aid, xüsusilə daş dövrü, Tripol mədəniyyəti, slavyan-rus dövrünə aid qalıqlar da aşkarlanıb.


Oxunma sayı: 6304

Oxşar yazılar