Belarusda İkinci Dünya müharibəsinə aid silah-sursat anbarı aşkarlanıb

  • 23:20 - 15 İyul

Belarusun Brest vilayətinin Pinsk şəhərində İkinci Dünya müharibəsi dövrünə aid silah-sursat anbarı aşkarlanıb.

Silah-sursat anbarı Bretskaya küçəsi 179 ünvanında tikinti işləri aparılarkən müəyyən edilib. Hazırda silah-sursatın zərərsizləşdirilməsi üçün xüsusi qrup təhlükəsizlik tədbirləri həyata keçirir.

Qeyd edək ki, hər il Belarus ərazisində İkinci Dünya müharibəsinə aid orta hesabla 20 mindən artıq mərmi aşkarlanaraq zərərsizləşdirilir.


Oxunma sayı: 7987

Oxşar yazılar