"Allah onların qurduqları tələləri sahiblərinin başlarına keçirdi" - Atatürk hava limanında Ərdoğanı milyonlar qarşıladı (FOTOLAR)

  • 22:20 - 15 İyul

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan  keçmiş Atatürk hava limanında 15 iyul dövlət çevrilişi cəhdinin 3 illiyi ilə bağlı keçirilən mitinqə qatılıb. 

Avropa.info xəbər verir ki, İstanbulda Ərdoğanı şəhər valisi Əli Yerlikaya, İstanbul böyükşəhər bələdiyyə sədri Əkrəm İmamoğlu qarşılayıb. 

Hazırda Ərdoğan 100 minlərlə vətəndaşın iştirak etdiyi mitinqdə çıxış edib. Türkiyə prezidentinin çıxışından bəzi hissələri təqdim edirik.

 "Əziz millətim, sevgili İstanbullular, əziz şəhid yaxınlarımız və veteranlarımız, dəyərli qardaşlarım, sizləri ən qəlbi duyğularımla, həsrətlə, məhəbbətlə salamlayıram. 2016-ci ilin 15 İyul gecəsi, millətimizin istiqlalını və ölkəmizin gələcəyini qorumaq üçün təyyarələrin, tankların, güllələrin qarşısında duran qəhrəman millətimizin hər bir üzvünü hörmətlə, məhəbbətlə salamlayıram.


 

Bizlər inanırıq ki, şəhidlər, Peyğəmbərlərdən başqa heç bir qula nəsib olmayacaq ən uca məqama sahibidirlər. Qəbirləri nur, məkanları cənnət olsun. 
 
Bura mənalı bir məkandır. Niyə mənalıdır bilirsinizmi? O gecə bura iki anı müəyyən etdi. Bunlardan biri saat 23:15 civarında tankların arasından cənab bay Kamal keçib Bakırköyə getdi. 01:15 -də biz buraya endik. Həyat yoldaşım, qızım, nəvələrim və kürəkənimlə birlikdə buraya endik. Burada kim vardı ? Burada millət vardı. Üzərimizdən keçən F-16-lar , vertolyotlar vardı və onlar güllələr yağdırırdı. Amma biz bir şeyə inanırdıq; Qorxmayın, Allah bizimlə bərabərdir.
 

O gecə barrikadaları aşaraq, tankları keçərək, güllələrdən qorxmayaraq Türkiyə Böyük Millət Məclisinə gələn, başlarına atılan bombalara baxmayaraq duruşlarını pozmayan millət vəkillərimizi salamlayıram. Bundan əvvəllər də ölkəmizdə çevrilişlər olub. Amma heç bir vaxt parlamenti vurmaq cəsarətində olmamışdılar. 15 iyuldakı çevrilişə təşəbbüs edən canilər bunu da etdilər. İnşallah 15 iyuldan sonra artıq heç kim millətin iradəsinə əl uzatmağı ağlının ucundan belə keçirməyəcək.

Heç bir xəyanət şəbəkəsi, heç bir terror təşkilatı birliyimizi , bərabərliyimizi, qardaşlığımızı heç vaxt poza bilməyəcək. Ruhlarını iblisə satanlar var. O ağlını itirmişlər Türkiyəni ələ keçirə bilməyəcək.


 
O qaranlıq gecədə oxunan azanlar ürəkləri necə bütünləşdirdisə, bundan sonra da eyni inancla, eyni həyəcanla, eyni qərarlılıqla yola davam edəcəyik.
 
Hər anımızda 15 iyul şəhidlərimizi, veteranlarımızı, meydanları dolduran qəhrəmanlarımızı həmişə qəlbimizdə yaşadacağıq. 15 iyul gecəsi Türkiyəni qaranlığa basdırmaq istədilər, amma bacarmadılar. Allah onların qurduqları tələləri sahiblərinin başlarına keçirdi. Biz imanımıza, tariximizə, mədəniyyətimizə və əlbəttə ən önəmlisi nəslimizə sahib çıxdıqca Allahın izni ilə bu ölkəni kimsə işğal edə, bu milləti heç kim kölə edə bilməz. 


 

Şərqi Aralıq dənizi, Kipr, Egey dənizi məsələlərində qarşı tərəfi haqlı sayanların zehinləri iğfal edilmişdir . Bu gün ölkəmizin qarşısında duran maneələr, yaşadığı sıxıntılar, məruz qaldığı hücumlar, hamısı məhz bu qədim mübarizənin təzahürləridir. 

S-400-ləri ölkəmizə gətiririk. Bu bir hücum deyil, müdafiə sistemidir. Ölkəmizə təcavüzə qarşı ən mühüm müdafiə sistemidir. Biz bunu Rusiyadan alırıq. Müdafiə sənayesində 17 il əvvəl ehtiyacımızın 20 faizi vardı, indi 70 faizini özümüz istehsal edirik. Türkiyənin son 17 ildə iqtisadiyyatda həyata keçirdiyi həmlələrlə əsr keçdiyini inkar edənlər var, onların gözü görmür, qulaqları eşitmir, dilləri lal olub. Nə deyirlər, iqtisadiyyat batdı, iqtisadiyyat bitdi deyirlər. Buradan millətimə müraciət edirəm, bunlarda insaf yoxdur . Bunlar nankordur. Terrorun belini Allahın izniylə qırdıq, qırırıq. Pəncə 1 əməliyyatını həyata keçirdik, indi Pəncə 2-ni həyata  keçiririk. Millətin başına bəla olan terrorçuları yerlə yeksan edirik." 

Avropa.info


Oxunma sayı: 12310

Oxşar yazılar