"Meqafon" Azərbaycan xalqından rəsmi şəkildə üzr istəyib

  • 22:22 - 15 İyul

Rusiyanın "Meqafon" şirkəti Azərbaycan dövlətindən və xalqından rəsmi şəkildə üzr istəyib.

Bu barədə şirkətin Mətbuat xidmətinin rəhbəri Yuriy Kovalçuk bildirib.

“Səhvimizi düzəltmişik və ən səmimi üzrxahlığımızı edirik. Dağlıq Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir”, - o qeyd edib.

Qeyd edək ki, bundan əvvəl “Meqafon” şirkətinin saytında qondarma “Dağlıq Qarabağ Respublikası”nda xidmətlər göstərdikləri ilə bağlı xəbər yerləşdirilmişdi. Bundan sonra Rusiyada yaşayan azərbaycanlılar "Meqafon"un abunəçisi olan həmvətənlərini sosial şəbəkələr vasitəsilə həmin şirkətlə əməkdaşlığa son verməyə çağırmışdılar. 


Oxunma sayı: 6546

Oxşar yazılar