Son dəqiqə : Türkiyənin Aralıq dənizində qaz ehtiyatı kəşf etməsi iddiaları ilə bağlı ŞKTC-dən açıqlama : "Məlumatlar doğrudur, lakin..."

  • 18:42 - 15 İyul

Yunan mətbuatında yer alan "Türkiyə Kiprdə qaz tapdı" iddiasını qismən təsdiq edən Şimali Kipr Türk Cümhuriyyətindən olan yüksək səviyyəli diplomatik mənbə "Türkiyənin bir şeylər tapdığı doğrudur" deyib.
 
Avropa.info xəbər verir ki, Ankara ilə Brüssel arasında Kipr məsələsində yaşanan gərginliyin yüksəldiyi  bir dövrdə  Türkiyəyə məxsus qazma gəmilərinin Şərqi Aralıq dənizdə qaz ehtiyatı kəşf etdiyi iddiası ortaya atıldı. İlk olaraq yunan mətbuatı tərəfindən ortaya atılan iddianı, Şimali Kipr mediasına danışan adı çəkilməyən rəsmilərdən biri dolayı olaraq təsdiqləyib. 

İddianı ilk olaraq ortaya atan yunan qəzeti "Fileleftheros" Türkiyənin Fateh qazma gəmisinin 170 milyard kubmetr qaz ehtiyatı kəşf etdiyini yazmışdı. Türk Kipri mətbuatında bu gün sözügedən iddianın doğru ola biləcəyi haqda məlumatlar yayılıb.
 
"Kipr Postası" qəzetinə danışan yüksək səviyyəli diplomatik mənbə,  ilkin informasiyalara görə bu məlumatların doğru ola biləcəyini deyib. "Türkiyənin bir şeylər tapdığı doğrudur" deyən yüksək səviyyəli səlahiyyətli, bu barədə rəsmi açıqlamanın Türkiyədən veriləcəyini əlavə edib. Səlahiyyətli, Şimali Kiprinin Türkiyəyə kəşfiyyat qazıntı işlərində  lisenziya verdiyini də bildirib.
 


Oxunma sayı: 9494

Oxşar yazılar