Hindistanda musson yağışları nəticəsində 51 nəfər ölüb

  • 21:12 - 15 İyul

Hindistanın şimal-şərqində yerləşən 7 ştatda musson yağışları nəticəsində 51 nəfər ölüb, çoxlu sayda insanın itkin düşdüyü bildirilir.

Musson yağışlarından daha çox Assam ştatı zərər görüb. Burada 2,6 milyon insan evsiz-eşiksiz qalıb, 11 nəfər həlak olub. Təxliyə edilən 17 min insan hökumətin qurduğu 327 çadırda yerləşdirilib. Ölkənin şimalında yerləşən Uttar-Pradeş və Bihar ştatlarında sel və daşqınlar nəticəsində 1,9 milyon sakin zərər görüb.

Meteoroloqlar növbəti günlərdə Hindistanın şimal-şərq bölgələrində daha şiddətli leysan yağışlarının olacağını proqnozlaşdırırlar.


Oxunma sayı: 10165

Oxşar yazılar