Britaniya XİN başçısı: “İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”

  • 20:38 - 15 İyul

İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”. 

Bunu Britaniyanın xarici işlər naziri Ceremi Hant iyulun 15-də Brüsseldə Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının İranın nüvə probleminə həsr edilən toplantısından əvvəl bildirib. 

“Biz yaranmış fürsətdən istifadə edərək İranın nüvə problemi ilə bağlı müqaviləni qorumalıyıq”, - deyə nazir vurğulayıb. 

Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib ki, İranın müqavilədən mərhələli şəkildə çıxması ABŞ-ın səhv qərarına cavab oldu”. 

Qeyd edək ki, İranın Atom Enerjisi Təşkilatının mətbuat katibi Bəhruz Kamalvənd iyulun 15-də deyib ki, Tehran 2015-ci ilədək mövcud Vyana razılaşmasınadək olan dövrə tamamilə qayıda bilər.

 

 

report


Oxunma sayı: 5391

Oxşar yazılar