Gürcüstan DTX ölkə ərazisinə gizli yolla 70 kiloqramdan çox radioaktiv maddə gətirən Ermənistan vətəndaşını saxlayıb

  • 20:20 - 15 İyul

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) ölkə ərazisinə gizli yolla külli miqdarda radioaktiv maddə gətirən Ermənistan vətəndaşını saxlayıb.

Bu barədə Gürcüstan DTX məlumat yayıb.

Məlumatda deyilir ki, DTX-nın əks-kəşfiyyat departamenti Gürcüstan-Ermənistan sərhədinin “Sadaxlo” sərhəd-keçid məntəqəsində Ermənistan vətəndaşının idarə etdiyi mikroavtobusda ümumi çəkisi 71,63 kiloqram olan “Torium 232” izotopu aşkarlayıblar.

“Torium 232” izotopu yüksək radioaktiv xüsusiyyətə malik nüvə materialıdır. Kimyəvi maddə xüsusi vasitə ilə dördqat bükülsə də onun üzərindəki şüalanma 18 Mkz/saat təşkil edib.

Götürülmüş maddə insan həyatı və sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.

Araşdırmadan sonra radioaktiv maddəni Gürcüstandan keçməklə Rusiyaya aparmaq istəyən Ermənistan vətəndaşı Militos M. Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə həbs edilib. Onu 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


Oxunma sayı: 6865

Oxşar yazılar