"Qarabağ" mərakeşli futbolçu transfer edib

  • 15 İyl - 2019

“Qarabağ” yay fasiləsində üçüncü transferini reallaşdırıb. 

Ağdam təmsilçisi Faysal Rerrası heyətinə qatıb. Mərakeşli müdafiəçiylə iki illik müqavilə imzalanıb. 

26 yaşlı futbolçunun sonuncu iş yeri Fransanın səviyyəcə 3-cü liqasında çıxış edən "Bezye" klubu olub. 

Belçiklada doğulan futbolçu karyerası ərzində bu ölkənin “Vize”, “Sent-Trüden” və “Mexelen”, eləcə də “Hart of Midlotian” və “Hibernian” klublarının formasını geyinib. O, Mərakeş yığmasının heyətində 1 oyun keçirib. 

Qeyd edək ki, “Qarabağ” yay fasiləsində braziliyalı sol cinah müdafiəçisi Ailton Silva və ispaniyalı hücumçu Xayme Romeronu heyətinə qatıb.


Oxunma sayı: 683

Oxşar yazılar