Azərbaycanda bəzi enerji içkiləri qadağan ediləcək – Video

  • 17:49 - 15 İyul

Bəzi enerji içkilərinin istehsalı, satışı və idxalı qadağan ediləcək

Ölkədə enerji içkilərinin tərkibi ilə bağlı xüsusi tənzimləmə işi həyata keçiriləcək.

Avropa.info-nun məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli REAL TV-yə verdiyi müsahibədə açıqlayıb ki, tərkibində kofeinin miqdarı normadan artıq olan təhlükəli enerji içkilərinin istehsalı, idxalı və satışı qadağan olunacaq. 

AQTA-nın sədri bildirib ki, artıq yaşı 18-ə qədər olan şəxslərə enerji içkilərinin satışı qadağan olunur. Eyni zamanda sağlamlıq mərkəzlərində, müalicə və təhsil müəssisələrində enerji içkilərinin satışının qadağan olunması, uşaq proqramlarında bu içkilərin reklamının dayandırılması tövsiyə olunur.


bGiiXHYmAqQ

Oxunma sayı: 4335

Oxşar yazılar