Çevrişlişçi general Semih Terziyi alnından vuran Ömər Halisdemirin son sözü : "Baş üstə komutanım"

  • 17:21 - 15 İyul

2016-cı ilin 15 iyulunda FETÖ-nün başlatdığı hərbi çevriliş cəhdinin qarşısını alan qəhrəmanlardan biri də Türkiyə Özəl Qüvvələr Komandanlığını işğal etməyə gələn briqada generalı Semih Terziyi vuran və vurduqdan sonra 17 güllə ilə şəhid edilən baş çavuş Ömər Halisdemirdir.

Avropa.info xəbər verir ki, şəhadətinin üçüncü ildönümündə qəhrəman hərbçi dualarla yad edilib.

15 iyul gecəsi türk zabitinin formasını geyən çevrilişçilər bir-bir dövlət binalarını ələ keçirirdilər. FETÖ-çu general Semih Terzinin də əsas hədəfi Ankara Gölbaşı rayonunda yerləşən Özəl Qüvvələr Qərargahını ələ keçirmək idi və yanındakı hərbçilərlə ora getdilər.

15 iyulda Özəl Qüvvələr komandanı olan briqada generalı Zekai Aksakallı vəziyyəti öyrəndiyi anda başçavuş Ömər Halisdemirə telefonla zəng edərək həyatının ən çətin cümlələrini dedi. Briqada generalı Aksakallı “Ömər briqada generalı Semih Terzi vətən xaindir, onun qərargaha girmədən öldür. Haqqını da halal et” dedi. Başçavuş Ömər Halisdemir komandirinə “Baş üstə komandirim” deyərək, haqqını halal etdi və halallıq istədi. Bu cümlələr Ömər Halisdemirin son sözü oldu.

Komandirindən aldığı əmir ilə silahını alıb çölə çıxan Ömər Halisdemir ağaclıq sahədə gözlədi. Çevriliş etməyə çalışan terrorçu Terzi və dostları vertolyotun endiyi əsnada Ömər Halisdemir də aralarına girdi. Terziyi alnının ortasından vuran Halisdemir türk əsgərinin şanına şan qatdı.

Çevrilişçilərə ilk zərbəni Semih Terziyi vuraraq həyata keçirən Ömər Halisdemiri xuntaçılar 17 güllə ilə şəhid etdi. Qəhrəman hərbçinin Niğdə vilayətindəki qəbri çevriliş cəhdinin üçüncü ilində ziyarət yerinə çevrilib. 


Oxunma sayı: 9351

Oxşar yazılar