Ukraynada yaşayan 4 azərbaycanlı deputatlığa namizəddir – Fotolar

  • 15 İyl - 2019

Ukraynada yaşayan dörd azərbaycanlı Ukrayna Ali Radasına keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak üçün namizədliyini irəli sürüb.

Azvision.az -xəbər verir ki, bunu Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin müşaviri Xəyyam Həqiqətoğlu bildirib. Onun sözlərinə görə, Ukraynanın beşinci Prezidenti Petro Poroşenko yaratdığı Avropa Həmrəyliyi Partiyasından Dinara Həbibullayeva Dnepr vilayəti,10 saylı seçki dairəsindən siyahı sistemi ilə 35-ci yerdədir: 

“Millət vəkili seçilmək şansı mövcuddur. Uzun illər Petro Poroşenkonun partiyasında gənclər qolunun rəhbəri olub. Aktiv siyasi fəaliyyətlə məşğuldur”. Digər namizəd həmyerlimiz Muxtarov Fəxrəddindir. O, seçkilərə qədər Dnepr vilayətindən və Poltova vilayətindən millət vəkili olub: 

“148 saylı seçki dairəsi üzrə bitərəf olaraq namizədliyini irəli sürüb. Hazırda böyük bir komanda ilə aktiv təbliğatla məşğuldur. Onun millət vəkili seçilmə şansı böyükdür. Eyni zamanda M. Fəxrəddin xeyriyyəçi olduğu üçün Ukrayna ictimaiyyəti arasında böyük nüfuza sahibdir. Digər tərəfdən illərlə diasporamızın aparcı şəxslərindən biridir”. 

Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresinin Krivoy Roq şəhəri üzrə sədri Rəmzi Rzyaev isə Ukraynanın Dnepropetrovsk vilayəti, Krivoy Roq şəhərindən 31 saylı seçki dairəsi üzrə bitərəf olaraq namizədliyini irəli sürüb: “Onun millət vəkili olmaq şansı da yüksəkdir. Seçkilərdən öncə namizədlərin mümkün dəstəyi ilə bağlı Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin iclası oldu. Diaspora da bu işlərdə kənarda deyil və mütəmadi olaraq onlara dəstək göstərilir”. 

Xəyyam Həqiqətoğlu əlavə edib ki, Xarkov şəhəri, 170 saylı birmandatlı seçki dairəsindən isə 1963-ci il təvəllüdlü Nuriyev Ağamirzə namizədliyini irəli sürüb: “Ukraynada yaşayan bütün həmvətənlərimizi seçkidə aktiv olmağa və millət vəkilliyinə namizəd olan əslən azərbaycanlılara səs verməyə çağırıram. İlk dəfədir ki, Ali Radaya seçkilərdə bu sayda azərbaycanlı iştirak edir. Digər tərəfdən diaspora nümayəndləri deputatlığa namizədlərin qalib gəlməsi üçün səfərbər olub”. 

Qeyd edək ki, Ukrayna Mərkəzi Seçki Komissiyası bütün həmyerlilərimizin namizədliyini qeydə alıb. Ukraynada növbədənkənar parlament seçkiləri bu il iyulun 21-də keçiriləcək. 


Oxunma sayı: 705

Oxşar yazılar