Türkiyə Mosuldakı baş konsulluğunu yenidən açır

  • 15:18 - 15 İyul

Türkiyənin Bağdaddakı səfiri Fatih Yıldız İraqın ikinci ən böyük şəhəri Mosulda tezliklə türk diplomatik missiyasının fəaliyyətini bərpa edəcəyini deyib.

Avropa.info xəbər verir ki, Mosula səfər edən səfir bu şəhərin bərpası üçün Türkiyə dövlətinin iki il İŞİD əsarətində qalan şəhərə kömək etməyə hazır olduğunu bildirib.

“İyun ayında rəsmi Bağdad Türkiyə baş konsulluğunun Mosulda təkrar açılması qərarına razılıq verib. Diplomatik missiya ən yazın zamanlarda fəaliyyətə başlayacaq” – Yıldız belə deyib.

Qeyd edək ki, Türkiyənin Mosuldakı baş konsulluğu 2014-ci ilin 11 iyununda İŞİD terrorçuları tərəfindən ələ keçirilmişdi. Hücumda 49 diplomat və ailəsini əsir göstərən 900 terrorçu iştirak etmişdi.


Oxunma sayı: 4918

Oxşar yazılar