Bakıda yanğın – 2 nəfər xəsarət aldı

  • 14:44 - 15 İyul

Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları 5 m² sahədə yanıb.

Avropa.info FHN-in saytına istinadən xəbər verir ki, yüksək temperaturdan kondisioner, televizor və dəhlizin lambirindən ibarət tavanı 5 m² sahədə əriyib. Yanğın zamanı 2 nəfər xəsarət alıb. 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Oxunma sayı: 9296

Oxşar yazılar