Türkiyədə bu tarix Demokratiya və Milli Birlik Günü elan edildi – 15 iyul - hərbi çevriliş cəhdindən 3 il keçir

  • 11:23 - 15 İyul

Dövlətin bütün orqanlarına Fətullahçı Terror Təşkilatının 15 iyul gecəsində hərbi çevriliş etmək cəhdindən 3 il keçir.

Avropa.info xəbər verir ki, 251 nəfərin şəhid olduğu hərbi çevriliş cəhdi Türkiyənin demokratik idarəçiliyini ləğv etmək üçün planlanmışdı. Parlament daxil dövlət orqanlarının havadan bombalandığı çevrilişin mərkəzi Ankara idi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə Ankara və İstanbul başda olmaqla Türkiyənin dörd tərəfində demokratiyaya sahib çıxmaq üçün vətəndaşlar küçələrə çıxdılar, canlarını heçə sayaraq tanklarının üstünə çıxdılar və xain hərbi çevriliş cəhdini dəf etdilər.

Türkiyə Silahlı Qüvvələrinə sızmış FETÖ üzvü və bu şəbəkənin fəaliyyətini həyata keçirən 8 mindən çox hərbi şəxsi heyət üzvü, 35 təyyarə, 3 gəmi, 37 vertolyot, 74-ü tank olmaqla 246 zirehli texnika və 4 minə yaxın yüngül silahın istifadə edildiyi hərbi çevriliş cəhdi Türkiyə respublikası tarixinə qara ləkə kimi düşdü. 

Millətin tank və zirehli texnikanın qarşısına silahsız çıxıb, özlərini sipər etdiklərinə görə 15 iyul Demokratiya və Milli Birlik Günü elan edilib.

Bu səbəbdən ölkə ərazisində xüsusi proqramlar keçiriləcək.


Oxunma sayı: 5666

Oxşar yazılar