Zelenskinin korteji uşaqları daşıyan avtobusla toqquşdu – Video

  • 15 İyl - 2019

Ukrayna prezidenti Vladimir Zelenskinin üç avtomobildən ibarət korteji Zaporoje rayonundan paytaxtda gələrkən qəza törədib.

Avropa.info-nın APA-ya istinadən verdiyi məlumata görə, kortejdə olan avtomobillərdən biri uşaqları daşıyan avtobusla toqquşub.

Məlumata görə, qəza prezidentə məxsus avtomobillərdən birinin ötmə əməliyyatı etmək istəyərkən baş verib.

İddiaya görə, sürücünün yuxulu olması yol qəzasına səbəb olub.

Hadisə zamanı avtobusda olan uşaqlardan heç birinin xəsarət almadığı bildirilib.

Mənbənin sözlərinə görə, Zelenski avtomobildə olmayıb, O, paytaxta təyyarə ilə gəlib.


Oxunma sayı: 1090

Oxşar yazılar