Ərdoğan: "S-400"-lərin çatdırılması 2020-ci ilin aprelində başa çatacaq"

  • 23:50 - 14 İyul

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan güman edir ki, Rusiyanın S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması 2020-ci ilin aprelində başa çata bilər.

Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.

"Mən ümid edirəm ki, bu ilin sonuna kimi S-400 zenit-raket komplekslərinin müəyyən hissəsi Türkiyəyə çatdırılacaq, amma bütün proses 2020-ci ilin aprelində başa çatacaq. Və bundan sonra biz böyük əminliklə yolumuza davam edəcəyik", - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi S-400 zenit-raket sistemlərinin birinci hissəsiniTürkiyəyə çatdırılmasını əks etdirən videogörüntüləri yayıb. Videoçarx Müdafiə Nazirliyinin “YouTube”dakı rəsmi kanalında yerləşdirilib.


Oxunma sayı: 19592

Oxşar yazılar