NATO sevinsin, S-500 də istehsal edəcəyik - Ərdoğan
- 22:00 - 14 İyul
Tariximizin ən önəmli müqaviləsi budur.
Avropa.info axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk hissələri ölkəyə gətirilən S-400 zenit-raket kompleksləri ilə bağlı açıqlamasında deyib.
“NATO sevinməlidir. Bu proses onların da gələcəyinə təsir edəcək. S-400-lərlə bağlı proses 2020-ci ilin aprelində tamamlanacaq. Rusiya ilə birgə S-500 istehsal edə bilərik”, - deyə Ərdoğan bildirib.
Dövlət başçısı onu da əlavə edib ki, ABŞ-ın F-35 proqramından Türkiyəni çıxarması dostluğa və müttəfiqliyə yaraşmaz.