Erməni terrorçu tərəfindən qətlə yetirilən türkiyəli diplomat anılıb

  • 20:40 - 14 İyul

Bu gün Türkiyənin Brüsseldəki səfirliyinin attaşesi Dursun Aksoyun ASALA erməni terror təşkilatının silahlıları tərəfindən qətlə yetirilməsindən 36 il ötür.
Bununla əlaqədar bir sıra yerlərdə, o cümlədən Türkiyənin Brüsseldəki səfirliyi tərəfindən qanlı hadisənin törədildiyi yerdə anma mərasimləri təşkil olunub.
Qeyd edək ki, Dursun Aksoy xidməti müddətinin bitməsinə 15 gün qalmış, 1983-cü il iyulun 14-də Brüsselin “Franklin Roosevelt” prospektində, yaşadığı evin qarşısında erməni terrorçu tərəfindən amansızcasına qətlə yetirilib. Şəhid diplomatın qatili yaxalansa da, saxta bəraətlə azadlığa buraxılıb.


Oxunma sayı: 5446

Oxşar yazılar