"İranla bizim aramızda birbaşa müharibə olacaq, bu qaçılmazdır..."

  • 14 İyl - 2019

İsrailin regional əməkdaşlıq naziri Tsaxi Xaneqbi dünən bəyan edib ki, İsrail yaxın iki il ərzində İranla ehtimal olunan hərbi qarşıdurmaya hazırlaşır.

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, İsrailin təhlükəsizlik kabinetinin üzvü olan Xaneqbi deyib: “İranla hərbi qarşıdurmanın olması ehtimalı müharibənin olmaması ehtimalından daha yüksəkdir”.

Tsaxi Xaneqbi

O vurğulayıb ki, bu, yalnız zaman məsələsidir. Tsaxi Xaneqbi açıq şəkildə bəyan edib ki, İsraillə İran arasında gərgin münasibətlər çoxdan bəri “proksi müharibədən birbaşa münaqişəyə keçib”.

Bizimlə (İsraillə - red.) İran arasında birbaşa müharibə olacaq. Bu qaçılmazdır”, - israilli nazir əminliklə deyib.

O ki qaldı mümkün müharibənin səbəblərinə, Xaneqbi Suriyanı yada salıb və bildirib ki, İsrail İran qüvvələrinin bu ölkəyə köçürülməsinə yol verə bilməz.

Əks halda, sərhədlərimizin bilavasitə yaxınlığında terrorçu krallıq olacaq”, - Xaneqbi qeyd edib.


Oxunma sayı: 2157

Oxşar yazılar