Qərb xüsusi xidmət orqanları onlara qarşı nəsə hazırlayır...

  • 14 İyl - 2019

ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanları Rusiya prezidentinin yaxın ətrafına və Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı hansısa feyk informasiya hazırlayır. Virtualaz.org xəbər verir ki,  bu haqda hərbi-diplomatik mənbə “RİA Novosti”-yə bildirib.

Mənbənin sözlərinə görə, həmin kampaniyanın məqsədi yeni antirusiya sanksiyalarını əsaslandırmaq üçün müəyyən şəxsləri nüfuzdan salmaqdır. O dəqiqləşdirib ki, “dezinformasiya” ABŞ-ın nüfuzlu maliyyəçilərinin nəzarətində olan KİV-lərdə yayıla bilər. Konkret olaraq söhbət Corc Sorosdan və Uilyam Brauderdən gedə bilər. Bundan əlavə Amerika hakimiyyəti tərəfindən açıq maliyyələşdirlən nəşrlər də işə salınacaq.

“Belə fəaliyyət ölkədə vəziyyəti destablizə etmək, Rusiyanın iqtisadi potensialını zəiflətmək və onun rəhbərliyinə siyasi təsir rıçaqları formalaşdırmaq məqsədi ilə Rusiya Federasiyanın daxili işlərinə birbaşa müdaxilədir”,-mənbə deyib.

Mənbə əlavə edib ki, həmin kampaniya ümumi cizgilərdə 2016-cı ildə dərc edilmiş “Panama sənədləri” kampaniyasını təkrarlayır. Həmin sənədlərdə bir çox siyasətçilərin və oliqarxların offşorlardakı biznesi açıqlanmışdı.


Oxunma sayı: 859

Oxşar yazılar