ABŞ gələn həftə Türkiyəyə qarşı sanksiya tətbiq edəcək

  • 14 İyl - 2019

ABŞ Prezidenti Administrasiyası Rusiyadan S-400 zenit raket kompleksləri aldığı üçün Türkiyəyə qarşı sanksiya paketi hazırlayıb.

Bu barədə məlumatı “Bloomberg” öz mənbələrinə istinadla yayıb. Qeyd olunub ki, sanksiyanın tətbiqi yaxın günlərdə rəsmən elan olunacaq.

Agentliyin məlumatına görə, üç müxtəlif sanksiya paketi arasında ən məqsədəuyğunu seçilib. Sanksiyaların nədən ibarət olacağı və hansı sahələri toxunacağı məlum deyil.

Bloomberg bildirir ki, gələn həftənin sonunda Vaşinqton sanksiyanın tətbiqi barədə açıqlama verəcək. 

 

 

 

report


Oxunma sayı: 1233

Oxşar yazılar