Asiya İnfrastruktur İnvestisiya Bankının növbəti illik toplantısı Pekində keçiriləcək

  • 11:05 - 14 İyul

Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) V İllik Toplantısı 2020-ci ilin iyulunda Çinin paytaxtı Pekində keçiriləcək.

Bu barədə qərar bankın Lüksemburqda keçirilən IV toplantısında qəbul olunub. Bu, bankın Pekində keçiriləcək ikinci iclası olacaq. AİİB-in 2016-cı ildə ilk iclası da Pekində təşkil olunmuşdu.

Qeyd edək ki, 2016-cı ilin yanvarında Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən yaradılan bank 100 milyard ABŞ dolları nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələrini maliyyələşdirir.


Oxunma sayı: 9791

Oxşar yazılar