Əfqanıstanda otelə hücum edən silahlılar zərərsizləşdirilib

  • 14 İyl - 2019

Əfqanıstanın təhlükəsizlik qüvvələri ölkənin Kalayi-Nau şəhərində yerləşən otelə hücum edən silahlıları məhv ediblər.

Bu barədə "Tolo News" telekanalı xəbər verib.

Şənbə günü bir neçə nəfər yerli vaxtla saat 12:40-da Əfqanıstanın şimal-qərbində Badqis vilayətindəki otelə hücum edib. "Taliban" hərəkatı hücumun məsuliyyətini öz üzərinə götürüb.

Daxili İşlər Nazirliyinin nümayəndəsi deyib ki, təhlükəsizlik qüvvələri üç silahlını zərərsizləşdirib, ikisi isə saxlanılıb. Təhlükəsizlik qüvvələrinin ən azı 8 üzvü ölüb, 7 nəfər yaralanıb.


Oxunma sayı: 859

Oxşar yazılar