"Sarı jiletlilər" yenidən Paris küçələrində

  • 23:40 - 13 İyul

"Sarı jiletlilər" hərəkatının üzvləri bu gün Parisin 10-cu dairəsində yerləşən Şimal vağzalında etiraz aksiyası keçiriblər.

Bu barədə "BFM" telekanalı xəbər verib.

Etiraz hərəkatının fəalları səhər saatlarında Stalinqrad müharibəsi meydanında toplaşıblar, oradan da böyük kütlə ilə Parisin küçələrində olublar.

Hadisə yerinə gələn polisin xüsusi təyinatlı dəstələri nümayişçiləri stansiyadan çıxarıb. Bundan sonra fəallar öz yürüşünü şəhərin küçələrində davam etdiriblər.

Etirazçılar respublika hakimiyyətindən vətəndaş təşəbbüsünün-referendumun təşkil etməsini tələb ediblər.

"Sarı jiletlilər" 14 iyul - Fransa Milli bayramında Parisdə genişmiqyaslı etiraz aksiyası keçiriləcəklərini deyiblər.(Trend)


Oxunma sayı: 5842

Oxşar yazılar