Lavrovla Ermənistanın xarici işlər naziri arasında kəskin söhbət - Paşinyan Kremli hövsələdən çıxarır

  • 13 İyl - 2019

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla Ermənistan Xarici İşlər Nazirliyinin başçısı Zöhrab Mnatsakanyanın ATƏT-in Xarici İşlər nazirləri başçılarının Slovakiyada qeyri-formal iclası çərçivəsində baş tutan görüşü o qədər də rahat keçməyib.

Virtualaz.org bildirir ki, erməni qəzeti “İrates”in dərc etdiyi məqalədə belə deyilir.

"Nikol Paşinyandan onsuz da xoşu gəlməyən Sergey Lavrov (rəsmi görüşlər zamanı Lavrov heç vaxt Paşinyan tərəfə baxmır) bu dəfə erməni nümayəndə heyətinin (Ruben Rubinyan) AŞPA-dakı hərəkətindən, həmçinin BMT Baş Assambleyasının 73-cü sessiyasında erməni nümayəndələrinin Gürcüstan tərəfindən Rusiyaya qarşı təqdim edilən sənədin səsvermə prosesində iştirak etməmək barədə qərar verməsindən təəccübləndiyini bildirib.

Görüşdə Vladimir Putinin oktyabrın 2-də Ermənistana edəcəyi səfərə də toxunulub və ehyam vurulub ki, Putinin Yerevana səfərinə qədər Robert Koçaryan həbsdə olmamalıdır", - deyə nəşr vurğulayıb.


Oxunma sayı: 2410

Oxşar yazılar