ABŞ-da fırtına minlərlə sakini işıqsız qoyub

  • 18:48 - 13 İyul

ABŞ-ın Luiziana ştatında “Barry” tropik fırtınası nəticəsində 50 minə yaxın əhalinin elektrik təchizatı kəsilib. 

İyulun 11-də Meksika körfəzində, Luiziana və Missisipi ştatlarının sahilləri yaxınlığında əmələ gələn fırtına səbəbindən ştatın bir sıra sahil dairələrində əhali təxliyyə olunub. 

Ştatın qubernatoru Con Bell Eduards iyulun 10-dan fövqəladə vəziyyət rejimi tətbiq edib. 

Ötən gecə ştat sahillərinə çatan fırtına hazırda 2,2 m/s sürətilə şimal-qərb istiqamətində hərəkət edir, küləyin sürəti isə 29 m/s qədərdir.


Oxunma sayı: 5413

Oxşar yazılar