Hindistanda leysan yağışları səbəbindən baş verən daşqınlar nəticəsində azı altı nəfər həlak olub

  • 18:12 - 13 İyul

Hindistanın şimal-şərqindəki Assam ştatında ötən həftənin sonlarından başlayan leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində altı nəfər həlak olub, onlarla insan itkin düşüb. Bundan başqa, 800 mindən çox insan təhlükə ilə üzləşib.

Aramsız yağışlar səbəbindən çaylarda suyun səviyyəsi rekord dərəcədə artıb. Sinoptiklər ştatda intensiv leysan yağışlarının ən az iki gün davam edəcəyini bildiriblər.

Hökumət orqanlarının məlumatına əsasən, təbii fəlakət Assam ştatının 33 dairəsindən 21-də ciddi fəsadlar törədib. Daşqınlardan ən çox zərər görən rayonlardan 7 min insan təxliyə edilib. Məcrasından çıxan çaylar, həmçinin 27 min hektar əkin sahəsini, o cümlədən çay plantasiyalarını su altında qoyub.


Oxunma sayı: 6711

Oxşar yazılar