Əfqanıstanda mehmanxanaya hücum nəticəsində 5 nəfər ölüb, 18 nəfər yaralanıb - Yenilənib

  • 17:55 - 13 İyul

Əfqanıstanın Bədğuz əyalətinin Qalay-Nov əhərində bir neçə yaraqlının hücumu nəticəsində 5 nəfər ölüb, 18 nəfər yaralanıb.

Əyalətin səhiyyə qurumunun rəhbəri Əbdül Lətif Rostayi hadisədən sonra üç meyitin, aralarında bir qadın və bir uşaq olmaqla 18 yaralının xəstəxanaya çatdırıldığını bildirib.

Eyni zamanda “Taliban” hərəkatının sözçüsü Qəri Yusif Əhmədi də bir neçə döyüşçülərinin “şəhidliyə can atarkən” polis bölməsi yaxınlığındakı bir binaya girdiyini, atışmanın davam etdiyini açıqlayıb. Atışma əsnasında hücumu törədən üç nəfərin təhlükəsizlik qüvvələri tərəfindən məhv edildiyi bildirilir.

***15:39

Bu gün günorta saatlarında Əfqanıstanın Qalay-Nov şəhərində üstündə kamikadze jileti olan bir qrup şəxs mehmanxanaya soxularaq təhlükəsizlik qüvvələrinə atəş açıb.

Nəticədə üç nəfər asayiş keşikçisinin öldüyü, ikisinin isə yaralandığı bildirilir.

Davam edən atışma nəticəsində hadisəni törədən üç nəfərdən ikisi zərərsizləşdirilib.

Ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Nüsrət Rəhimi mehmanxananın polis tərəfindən mühasirəyə alındığını açıqlayıb.

 

 

report


Oxunma sayı: 6128

Oxşar yazılar