Gürcüstanın Lentexi bölgəsi təbii fəlakətin qurbanına çevrilib

  • 17:02 - 13 İyul

Güclü leysan yağışları, qasırğa və dolu Gürcüstanın Lentexi bölgəsində ciddi fəsadlar törədib. 

Bir neçə kəndlə yerüstü əlaqə tam kəsilib. Yüzlərlə insanın yaşadığı kəndlərə elektrik enerjisinin verilməsi dayanıb. Bu barədə mətbuata Lentexi rayon bələdiyyəsinin sədri Badri Liparteliani məlumat verib. O deyib ki, bələdiyyə ərazisinə gedən yol da dağılıb. Əlverişsiz hava şəraiti yolda bərpa işlərinin aparılmasına imkan vermir. Rayonun Tvibi, Xeledi, Babili, Karişi kəndlərinin yolları da dağılıb. Hazırda təbii fəlakət bölgəsinə ağır texnika cəlb olunub və bəzi yerlərdə bərpa işlərinə başlanılıb.


Oxunma sayı: 5446

Oxşar yazılar