"S-400-lər Ərdoğanın Qərb üzərində siyasi zəfəridir, artıq hər kəs Türkiyə ilə hesablaşma zorunda qalacaq" - "Kommersant" qəzeti

  • 16:01 - 13 İyul

Rusiyanın "Kommersant" qəzetində yer alan bir məqalədə Türkiyənin Qərbin təzyiqlərinə baxmayaraq S-400 raket əleyhinə müdafiə sistemlərini alması prezident Rəcəb Tayyib Ərdoğanın qələbəsi kimi şərh olunub.

Avropa.info xəbər verir ki, qəzetin siyasi şərhçisi Dmitri Drizenin qələmə aldığı yazıda Ərdoğanın Qərbin təsirinə qarşı taktiki qələbə qazandığı bildirilib.

"ABŞ və şəxsən Donald Tramp sanksiya təhdidi ilə Türkiyənin S-400 almasını ngəlləməyə çalışdı, ancaq hər şeyə rəğmən sistemlər Türkiyə ərazisinə aparıldı. ABŞ, Avropa narahatdır, lakin klid tərəfdaş olan Türkiyə təhlükəsizliyini qarantiya altına almaq üçün S-400 almaqdan geri durmadı."
 

Drize yazısında S-400-lərin Türkiyəyə bütün hücumlardan qorumaq imkanı verəcəyinə diqqət çəkib. Müəllif, ABŞ prezidenti Donald Trampın S-400-lər məsələsində Obama hakimiyyətini tənqid etməsinə də toxunaraq, bunu Ərdoğanın siyasi qələbəsi adlandırıb.

"Türkiyənin S-400-ləri alması Ərdoğanın xüsusi bacarığı səbəbinə baş tutdu. Ərdoğan Trampın hücumuna baxmayaraq qərarında inad etdi və ABŞ prezidentini  "Obama dönəmində Türkiyəyə qarşı haqsızlıq edildi" sözləri ilə həqiqətlərə söyləmək məcburiyyətində qoydu. S-400-lər Ərdoğan üçün xüsusilə də bir siyasi qələbədir. 

Türkiyənin ABŞ və Avropa ilə son zamanlarda çətin münasibətləri mövcuddur. Vaşinqton daim Ankaraya təzyiq edir. Suriyada PKK-nı dəstəkləyir, Türkiyədə dövlət çevrilişinə cəhd edən Fətullah Güləni himayə edərək, Ankaraya vermir. Avropa, xüsusi ilə də Almaniya Türkiyəyə öz qaydalarını sırımağa cəhd edir. Əvəzində isə Türkiyəyə heç nə təklif olunmur.

Digər tərəfdən, Rusiya isə çox münasib şərətlərlə həqiqətən də yaxşı sistemlər təklif edir. Türkiyə S-400-lərə baxmayaraq Qərbin orbitində qalmaqda davam edəcək, lakin ABŞ və digərlərini Ankaranın mövqeyini də nəzərə almaq məcburiyyətində qoyacaq.  Ərdoğan Türkiyənin coğrafi mövqe baxımından bölgədə kilid bir aktyor, Avropa ilə Asiya arasında bir körpü olduğunu çox yaxşı bilir" - "Kommersant" qəzetinin siyasi şərhçisinin yazısında belə deyilir.

Avropa.info   


Oxunma sayı: 19207

Oxşar yazılar