Əfqanıstanda ABŞ ordusunun hərbçisi həlak olub

  • 16:10 - 13 İyul

Əfqanıstanda NATO-nun “Qətiyyətli Dəstək” missiyasında xidmət edən amerikalı hərbçi həlak olub.

Hərbçinin adı və həlak olduğu yer barədə məlumat gizli saxlanılır.

2019-cu ilin əvvəlindən bəri Əfqanıstan ərazisində ən az yeddi amerikalı hərbçi öldürülüb.

Qeyd edək ki, Əfqanıstanda 2015-ci il yanvarın 1-dən NATO-nun “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyası başlayıb. Hazırda Əfqanıstanda ABŞ-ın 15,5 min hərbçisi, həmçinin NATO-ya üzv ölkələrin və tərəfdaşların 7,5 minlik hərbi kontingenti xidmət göstərir.


 


Oxunma sayı: 5919

Oxşar yazılar