Bakıda güclü külək 20-yə yaxın ağacı aşırıb

  • 14:40 - 13 İyul

Bakıda ötən gündən əsməyə başlayan güclü külək nəticəsində 20-yə yaxın ağac aşıb.

Bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, ağacların aşması Bakının bütün rayonlarında qeydə alınsa da, əsas hadisələr Yasamal, Nəsimi, Xətai və Nərimanov rayonlarında baş verib.

O.Məmmədov sağlam ağacların da küləyin təsirindən aşdığını söyləyib.


Oxunma sayı: 9065

Oxşar yazılar