"Türkiyədə bank faizlərinin düşdüyünü və bunun xalqın həyatında müsbət təsirlərini görəcəksiniz" - Ərdoğan sələm şəbəkəsi ilə savaşda

  • 14:01 - 13 İyul

"İqtisadiyyatda problemlərin əsas səbəbinin bank faizlərinin yüksəkliyindən qaynaqlandığını düşünürəm. Mərkəzi Bank sədrinin vəzifədən uzaqlaşdırılması da bu səbəbdən baş verdi."

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın İdarə Heyətinin iclasında deyib. Ərdoğan ilin sonuna kimi iqtisadi vəziyyətin düzəldilməsinə çalışacaqlarını bildirib.

"Yüksək faiz bərabərində yüksək inflyasiya gətirdi. Növbəti prosesdə faizlərin düşdüyünü görəcəksiniz. Faizlərin düşməsi ilə birlikdə təkrəqəmli inflyasiya da görəcəyik. İl sonuna yaxın aldığımız tədbirlərin müsbət təsiri olacaq. Xalq bu tədbirlərin müsbət nəticələrini görəcək. 2020-ci ildən etibarən yenidən iqtisadi sıçrayışa keçəcəyik" - Ərdoğan belə deyib.

Xatırladaq ki, Ərdoğan uzun illərdir Türkiyədə bank faizlərinin çoxluğunu sərt şəkildə tənqid edir. Sələmin bütün bəlaların səbəbi olduğunu deyən Ərdoğana qarşı İngiltərə, İsrail, ABŞ mətbuatı silsilə yazılar dərc etdi. Ölkə daxilində isə CHP başda olmaqla bəzi müxalifət qəzetləri Ərdoğanın bank faizlərini aşağı salma qərarına qarşı çıxırlar. 

Avropa.info


Oxunma sayı: 8878

Oxşar yazılar