Pentaqona təqdim olunan hesabat: “YPG-dən əl çəkin... Türkiyə olmadan bacara bilməzsiniz”

  • 13:46 - 13 İyul

Vaşinqtonda yerləşən Müharibə Tədqiqatları İnstitutu (Study of War) 1 il detallı şəkildə araşdırdığı “İŞİD-in ikinci qayıdışı” hesabatını dərc edib.

Avropa.info xəbər verir ki, 76 səhifəlik hesabatda terror təşkilatının İraqda 11, Suriyada 3 bölgədə yenidən təşkilatlandığı müəyyən edilib. Hesabatda İŞİD-in yeraltı tunelləri, hökumət qüvvələrinin nəzarətinin zəif olduğu, ya da xaos içində olan bölgələrdə - Ramadi, Fəlluca və Mosulda yenidən təşkilatlandığı qeyd olunub. 

Araşdırmada İŞİD-in Suriyadan Filippinə qədər 400 milyon dollardan çox gəlirə sahib olduğu qeyd olunur. Hesabatın ən maraqlı detalı isə Türkiyənin dəstəyi və razılığı olmadan İŞİD-in təmizlənə bilməyəcəyinə dair hissədir. ABŞ uzun müddətli mübarizə aparmayacağı təqdirdə İŞİD-in qarşıdakı bir neçə ay ərzində əvvəlkindən daha çox komplektləşmiş, qələbəlik, maddi və silah təminatı baxımından güclü, dağıdıcı və sürətli şəkildə ortaya çıxacağı qeyd olunan hesabatda Pentaqona bu məsələ ilə bağlı Türkiyə xəbərdarlığı edilib.

İŞİD-lə mübarizədə Türkiyənin reaksiyasını almaqdan çəkinməyin, hətta dəstəyin alınması üçün ABŞ-ın PYD/YPG-dən əl çəkməsi lazım olduğunu, YPG/PYD-nin ABŞ hava dəstəyi olmadan vahid şəkildə mövcud ola bilməyəcəyinin yer aldığı hesabatda Türkiyəni qəzəbləndirməməyin vacibliyi qeyd olunub.

ABŞ-ın regiondakı hərbçilərini böyük hissəsini çıxarmasından sonra mərkəzi planlaşmaya hazırlanan YPG-nin bomba yüklənmiş avtomobillərdən tez-tez istifadə etdiyi, Avropada yeni terror hücumları planladığı qeyd olunub.

Hesabatda İŞİD-in hal-hazırda ABŞ tərəfindən dəstəklənən YPG/PYD kimi ünsürlərlə döyüşmədiyi, lakin bir neçə ay ərzində çox dağıdıcı və ani hücum planladığı bildirilir. İŞİD-in hazırda İraq hökumətinə bağlı qüvvələrlə Əsədə bağlı qüvvələrlə döyüşdüyü, növbəti aylarda Fərat vadisində itirdikləri yerləri geri almaq üçün çox sürətli və şiddətli münaqişəyə başlayacağı qeyd olunub.


Oxunma sayı: 5820

Oxşar yazılar