Samux sakini Gəncədə bıçaqlanıb

  • 13:29 - 13 İyul

Gəncədə bıçaqlanma faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə dünən gecə saatlarında qeydə alınıb.

Samux rayon sakini 2002-ci il təvəllüdlü Hüseynov Zakir İsmayıl oğlu naməlum şəraitdə bıçaqlanıb.

Yaralı ətrafdakıların köməyi ilə Gəncə şəhərindəki xəstəxanalardan birinə aparılıb. Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin bel nahiyəsindən bir neçə bıçaq zərbəsi aldığı bildirilir.

Hadisəni törədən şəxs və ya şəxslərin kimliyi bilinməsə də, Zakir Hüseynovun toy mərasimindən çıxanda bıçaqlandığı deyilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb.


Oxunma sayı: 8999

Oxşar yazılar