40 il öncə Trampın hakimiyyətə gələ biləcəyini yazan Stefan Kinq : "Trampın prezident olması mənim romanlarımdan daha dəhşətlidir"

  • 12:52 - 13 İyul

Dünyaca məşhur ABŞ-lı yazar Stefan Kinq ölkə prezidenti Donald Trampı sərt bir şəkildə tənqid edib. 
 

Avropa.info xəbər verir ki, Kinq əsərlərində göstərdiyi obrazlarla Trampın müqayisə edilməməli olduğunu deyib. 

"Tramp daha dəhşətlidir, yoxsa mənim əsərlərimdə qələmə aldığım obrazlar? Buna veriləcək qısa cavab budur. Trampın daha dəhşətli olduğunu düşünürəm". 
 
1979-cı ildə qələmə aldığı "Çağırış" (The Dead Zona) adlı romanında Trampın hakimiyyətə gəlişindən yazdığını bildirən Kinq, romanda olduğu kimi ölkə siyasətindəki əsas cərəyanın xaricindən gələn və ABŞ cəmiyyətinin xəyal gücünü ələ keçirən bir siyasətçinin ortaya çıxmasının mümkünlüyünə  o dövrdə əmin olduğunu söyləyib.
 
"Romanımdakı  əsas obrazlardan biri , amansız iş adamı və sonradan siyasətçiyə çevrilən Qreq Stillson Tramp ortaya çıxana qədər kimsənin inanmayacağı və ya düşünmədiyi çılğın bir obraz kimi görülürdü. Həmin romanımda Stillsonun hakimiyyətə gəlişi və ardından 3-cü dünya müharibəsinin başlanmasını yazmışdım. Bu gün baxdıqda Stillsonun Trampla eyni xarakterə sahib olduğunu görə bilirik. Tramp prezident olmağa layiq deyil, məncə vəzifəsindən məcburən əl çəkdirilməlidir. Tramp getdikcə ağlını itirən bir zehnə açılan pəncərəyə bənzəyir" - Stefan Kinq belə deyib. 

Avropa.info
 


Oxunma sayı: 7250

Oxşar yazılar