Telekanalın binasını qumbaraatanla vurdular – Foto

  • 12:35 - 13 İyul

“112 Ukrayna” telekanalının binası qumbaraatanlardan atəşə tutulub.

Avropa.info xəbər verir ki, bu barədə Kiyev polisi məlumat yayıb. Qumbaraatan atəşi nəticəsində heç kəs xəsarət almayıb. Polis terror aktı maddəsi ilə cinayət işi açıb. Atəşi açanların iki nəfər naməlum şəxs olduğu bildirilir.

Telekanal daha əvvəl amerikalı rejissor Oliver Stounun “Ukraynanın danışılmayan tarixi” filmini göstərdiyinə görə dövlətə xəyanət cinayət işi ilə hədələnmişdi.


Oxunma sayı: 12739

Oxşar yazılar