SEPAH PKK-nın İran qolu PJAK-ı vurmağa başladı

  • 12 İyl - 2019

İran ordusu İraq Kürd Regional Hökuməti ərazisində fəaliyyət göstərən PKK-nın qolu PJAK qruplarının sərhəddə yerləşən düşərgələrini raket, PUA və top atəşi ilə vurduğunu açıqlayıb.

Avropa.info xəbər verir ki, SEPAH-ın verdiyi açıqlamada son günlərdə ölkənin qərbə və şimal-qərbindən sızmağa çalışan PJAK ünsürlərinin hücumlarına cavab olaraq İKRH sərhədində yerləşən terrorçu düşərgələrinin hədəfə götürüldüyü, xeyli sayda terrorçunun öldürüldüyü bildirilir.

Açıqlamada İranın terrorçuların qarşısının alınması ilə bağlı İraq Kürd Regional Hökumətinə müraciət edildiyi, amma müraciətlərin nəzərə alınmadığı bildirilir.

Qeyd edək ki, PKK-nın İran qolu olan PJAK 1990-cı illərdən bəri İraq və İranın sərhəd bölgələrində fəaliyyət göstərir.


Oxunma sayı: 551

Oxşar yazılar