Batumidən geri dönən təyyarə təkrar yola salındı

  • 12 İyl - 2019

Bakıdan Batumiyə getməli olan və Bakı vaxtı ilə saat 10:12-də Heydər Əliyev Aeroportuna geri dönən təyyarə, nəhayət, Batumiyə yola salınıb.

Avropa.info bildirir ki, bu barədə “Buta Airways” məlumat yayıb.

Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 14:38-də Bakıdan Batumiyə yola düşüb.

*   *   *

Batumi Hava Limanında (BUS) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq "Buta Airways"in saat 07:46-da Bakıdan yola düşən J2 9227 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.

Bu barədə "Buta Airways"dən xəbər verilib.

Məlumata görə, reys Bakı vaxtı ilə saat 10:12-da Heydər Əliyev Aeroportunda (GYD) uğurlu eniş edib.

Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Bakıdan Batumiyə yola düşəcək. (Trend)


Oxunma sayı: 738

Oxşar yazılar